Bir axşamda 16 avtomobil yandırıldı

Bir axşamda 16 avtomobil yandırıldı
Want create site? Find Free WordPress Themes and plugins.

Ötən axşamdan başlayaraq İsveçin Malmö şəhərinin bir sıra rayonlarında 16 avtomobil yandırılıb.

“A24.az” xəbər verir ki, bu barədə Trend İsveçin “SVT” telekanalına istinadən xəbər verir.

Malmö Xilasetmə xidmətinin nüməyandəsi Maqnus Yohanson bildirib ki, şəhərin bütün yanğınsöndürmə stansiyalarının əməkdaşları və texnikası yanğınları söndürməyə çalışıblar: “Bütün stansiyalar gərgin iş rejimində işləyir. Bütün briqadalar Malmödə yanğınsöndürmə əməliyyatlarına cəlb edilib”.

Məlumatda qeyd olunur ki, hələlik polis tərəfindən şübhəli şəxs qismində saxlanılan yoxdur.

İsveçin “Sydsvenskan” qəzeti isə yazır ki, yay ayları ərzində Malmödə ümumilikdə 90 maşın qəsdən yandırılıb. Qəzet qeyd edir ki, gənclərin arasında işsizliyin olmasına görə, belə hallar hər il qeydə alınır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar