A24 Xeber

Bir- birindən kəskin fərqlənən 10 ölkənin süfrə mədəniyyəti – ARAŞDIRMA

Bir- birindən kəskin fərqlənən 10 ölkənin süfrə mədəniyyəti – ARAŞDIRMA
1. 218
23 Mart 2017 - 14:18

Cəmiyyətdəki insanların yemək yemək stilləri, sözsüz ki, mədəniyyətlə bir başa əlaqədardır. Bu vərdişlərin bir qismi bizə də tanış olsa da, bəziləri heyrətləndirə bilər. Bir çoxunuzun ilk dəfə duyacağınız yemək yemək vərdişlərini sizin üçün bir araya topladıq.

Yunanıstan

A24.Az xəbər verir ki, Avropada süfrəyə oturarkən əllərin masadan aşağıda, əsasən, dizlərin üstündə olması kobudluq hesab olunur. Bu anlayışın silahla gəzməyin normal sayıldığı keçmiş dövrlərdən qaldığı iddia edilir. Orta əsrlər kimi hər kəsin silahla gəzməyinin normal sayıldığı dövrlərdə əllərini görünəbilən yerdə saxlamaq qarşısındakı insana inam verirdi.

Zaman keçdikcə bu haqlı güvən qayğısı bir yemək adətinə dönüb. Yunanıstanda bu hərəkət comərdliyi simvolizə edir. Ev sahibi tərəfindən təklif edilən ikinci və hətta üçüncü qab yeməyi qəbul etmək ona edilən bir lütf kimi ifadə edilir.

Efiopiya

“Qara Qitə” olaraq adlandırdığımız Afrikanın insanlıq tarixindəki yeri danılmazdır. Dünyada özünün yerli mədəniyyətini hələ də qoruyub saxlaya bilən nadir ölkələrdən olan Efiopiyada yeməklər heç də adət olunduğu kimi yeyilmir. Bu ölkədə süfrədə əyləşən insanların yeməkləri bir-birinə əl ilə yedirməsi jest olaraq qəbul edilir. Hamı tərəfindən qəbul esilən anlayışa görə, bu adətin əsas məqsədi insanlar arasında inamı və sosial bağları möhkəmləndirməkdir. Afrikanın çöldə yerləşən ölkələrində isə insanlar adətlərinə daha sıx bağlıdırlar. Yalnız yemək yemək xoş qarşılanmadığı üçün insanlar süfrəyə qrup halında otururlar, ancaq bu hər kəsin eyni anda yemək yeməsi mənasına gəlmir. Kişilər qadın və uşaqlardan öncə başlayırlar. Onların rədd etdikləri yemək başqaları tərəfindən də yeyilmir.

Orta Şərq

Əsasən müsəlmanların yaşadığı bu coğrafiyada yeməklərin sol əl ilə yeyilməsi çox da məqbul deyil. Sol əldən şəxsi təmizlik üçün istifadə edildiyindən çox da “təmiz” qəbul edilməyib. Tanış olan digər adətə görə isə yerə düşən çörək 3 dəfə öpülərək alına qoymalıdır!

Uşaq vaxtı ən az bir dəfə etdiyiniz bu hərəkətlə süfrəyə olan hörmət və şükür hissi bildirilir. Orta Şərqdə yemək yeyərkən hələ də qaşıq, çəngəl və bıçaqdan istifadə edilmir.

Çin

Çində bir evə qonaq olsanız yeməyə əsla ev sahibindən öncə başlamayın. Ev sahibi yeməyə başladıqdan sonra ona yandaşlıq etməyinizi istəyənə kimi gözləməlisiniz. Həmçinin masada olan hər yeməkdən bir loxma da olsa almaq məcburiyyətindəsiniz. Yeməyi çox bəyənməsəniz belə Çində də bəzi Uzaq Şərq ölkələrində olduğu kimi boşqabındakı bütün yeməyi bitirməmək hörmətsizlik hesab olunur.

Bu hərəkət ev sahibinin sizi yetəri qədər bəsləmədiyini bildirir.

Yaponiya

Yaponlar süfrədəki yeməklərin iştahla yeyilməsini sevirlər. Əlinizdəki çubuqları süfrədəki düyüyə toxundurmaq barəsində düşünməyin. Çünki onlar bunun pis şans gətirə bildiyinə inanırlar. Yaponiyada əgər çöldə yemək yemək məcburiyyətində qalsanız əsla sizə xidmət edən şəxsə bəxşiş verməyin. Siz xoş niyyətinizə görə bəxşiş vermək istəsəz belə bu yetərincə pul qazanmadığı üçün ona köməklik etdiyiniz mənasına gəlir və kobudluq hesab edilir.

Hindistan

Əgər Hindistanda bir axşam yeməyinə dəvətlisinizsə yeməyin sonunda barmaqlarınızı iştahla yalamalısınız. Qonağın bunu etməsi ev sahibinə lüftkarlıq olaraq bilinir. Minnətinizi göstərmək üçün süfrədən qalxdıqdan sonra əsla təşəkkür etməyin. Çünki təşəkkür etmək yeməyə qarşı bir bədəl olaraq göstərilir. Onun yerinə siz də ev sahibini bir axşam yeməyinə dəvət edə bilərsiniz.

Meksika

Meksika adət-ənənələrinə bağlı bir ölkədir. Yerli yeməkləri olan takodan əl çəkməyən meksikalılar onu layiqincə yemək mövzusunda çox ciddidirlər. Meksikada takonun çəngəl və bıçaqla yeyilməsi böyük ədəbsizlik olaraq görülür. Ən yaxşısı əllə yeməkdir. Meksikalılar restoranda gələn hesabın 2-3 qatını ödəməyə cəhd edirlər. Bu orada comərdliyin göstəricisi hesab edilir.

Çili

Çilidə bir yeməyi çox bəyənsəniz belə əsla ikinci dəfə ondan istəməyin. Ev sahibinin sizə edəcəyi təklifi gözləmədən bunu istəmək böyük ədəbsizlik hesab edilir. Əlbəttə ki, başqa tərbiyəsizliklər də var. Məsələn, kartof qızartması da daxil olmaqla heç nəyi əllə yeməyə cəhd etməyin, çünki bu günah hesab edilir. Yemək zaman qaşıq və çəngəldən istifadə edilməsi çox önəmlidir. 

Cənubi Koreya

Cənubi Koreyada yaşlı biri sizdən su istədiyində stəkanı ona ikiəlli vermək hörmət hesab olunur. Sudan ilk qurtumu alarkən əsla ev saibinin üzünə baxmayın. Süfrədə isə ən yaşlı şəxs yeməyə başlayana kimi gözləməlisiniz. Masadan durmaq üçün də ən yaşlı şəxsin ayağa qalxmasını gözləməlisiniz.

Rusiya

Şimal qonşumuzun evinə qonaq getsəniz görəcəksiniz ki, ev sahibi normal insanın yeyə biləcəyindən daha çox təamı sizə yedirtməyə çalışır. Yaxşı ki, biz nənə-baba evi görmüş insanlar olaraq bu hala öyrəşmişik. Ev sahibinin həddindən artıq yedirtmək istəyini mədəni şəkildə rədd edə də bilərsiniz. Süfrədəki bütün yeməklərdən biraz dadmağınız hörmət əlaməti hesab olunur. Yeməkdən sonra süfrənin yığılması, qabların yuyulmas kimi işlərə köməyinizi təklif etməyi unutmayın. Bu təklifiniz rədd belə olunsa ruslar bu cür yaxınlığı sevirlər.

 

 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00