Bir MİLYONA QARPIZ satlılır - FOTOLAR

Bir MİLYONA QARPIZ satlılır – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyənin Diyarbəkir şəhərində bu il sayca 2-cisi təşkil edilən Mesopotamiya Zinət Əşyaları Sərgisi açıq elan edilib.

A24.Az xəbər verir ki, Sərgidə Türkiyə vilayətləri ilə yanaşı, İraq, İran və Azərbaycandan 200-ə yaxın zərgər iştirak edir.

 

Diyarbəkir Zərgərlər Palatası və “Sereks Fuarcılık” Şirkəti tərəfindən təşkil edilən Mesopotamiya Zinət Əşyaları Sərgisi şəhərin Sərgi və Konqres Mərkəzində start götürüb.

Sərgidə zərgərlik məmulatları, zinət əşyaları və saat istehsalçıları, bu əşyaların topdan satışını həyatat keçirən və ixrac edən 100-dən çox şirkətin stendi qurulub.

Sərginin açılışına Diyarbəkir valisi (vilayətin icra başçısı) Həsən Bəsri Gözəloğlu, Türkiyə Ticarət və Sənaye Palatasının sədri Məhmət Qaya, Türkiyə Zərgərlər Palatasının sədri Mustafa Akkul, “Sereks Fuarcılık” Şirkətinin idarə heyətinin sədri Gökhan Yerdan, 81 şəhərdən zərgərlər palatalarının başçıları, həmçinin İraq, İran və Azərbaycandan zərgərlər iştirak edir.

Sərgini açan şəhər valisi Həsən Bəsri Gözəloğlu “Diyarbəkir şəhərini gəzmək, görmək fürsətinin ən böyük qazanc olduğunu” vurğulayaraq, şəhərin əmin-amanlıq və təhlükəsizlik şəraitində, iqtisadi və sosial inkişafa yönəldiyini söyləyib: “Diyarbəkirin gələcəyə doğru irəliləyişində, şübhəsiz, xidmət sektoru, bu baxımdan sərgilər çox əhəmiyyətli yer tutur”.

Sərginin açılışından sonra vali və onu müşayiət edən rəsmilər zərgərlik məmulatları və ləl-cəvahirat stendlərinə baxış keçiriblər.

Vali H.B.Gözəloğlu sərginin simvoluna çevrilən 2 milyon lirə (təxminən 1 milyon manat) dəyərində olan, 10 kilo qızıl istifadə edilərək hazırlanan və “’Diyarbəkir qarpızı” adlandırılan zərgərlik əsərinin olduğu stendi açıb.

Sərgidə qızıldan hazırlanan “’Diyarbəkir qarpızı” ilə yanaşı, digər zinət əşyaları – 1 milyon 200 min lirə dəyərində qızıl paltar və 1 milyon lirəyə qədər qiyməti olan qızıl dəstlər də böyük maraq doğurub. (Bizimyol.info)

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, İqtisadiyyat, Maraqlı, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar