''Bir ölüb, min dirilərik'' - Türkiyəli iş adamı milli qəhrəman Mübariz İbrahimovu belə tanıdır - VİDEO

”Bir ölüb, min dirilərik” – Türkiyəli iş adamı milli qəhrəman Mübariz İbrahimovu belə tanıdır – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

”Bir ölüb, min dirilərik”. Bir tərəfə Türkiyə bayrağı, digər tərəfə Azərbaycan bayrağı ortaya isə Azərbaycanın milli qəhramını Mübariz İbrahimovun şəkli çəkilib.

“A24.az” bildirir ki, bu görüntülər Türkiyənin Trabzon şəhərində azərbaycanlı sürücülərdən biri tərəfindən çəkilib.

Milli qəhramanımızın şəklini yük maşınlarına vuran türkiyəli işadamı Abdullah Özər əvvəllər maşınlara Türkiyədə terrorla mübarizədə şəhid olan əsgərlərin şəkillərini yapışdırıb. Sonradan Azərbaycana gələn Abdullah Özər burada Mübariz İbrahimov haqqında eşidib. Və qərara gəlib ki, onun şəkillərini də yapışdırsın.

Abdullah Özər deyir ki, bu addımı həm Azərbaycanda, həm Türkiyədə çox böyük səvgiylə qarşılanıb.Maşınları görən insanlar videolar çəkib paylaşırlar. Ancaq Türkiyə-Gürcüstan sərhəddində erməni əsilli məmurlar sürücülərə müəyyən problemlər yaratmağa çalışıblar.

Abdullah Özər ölkəmizdə gələrkən şəhidlərinin məzarlarını da ziyarət edib.

Türkiyəli işadamı şəhidlər ölməz deyir. Yaşatmaq üçün isə onları bu yolla unutdurmamağa çalışır.

xezerxeber.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar