Birinci sərbəst yürüşlər: Ferstappen əla başladı!

Birinci sərbəst yürüşlər: Ferstappen əla başladı!
Want create site? Find Free WordPress Themes and plugins.

Bakıda il ərzində yalnız bir dəfə yarış keçirilir. Təşkilatçılar həftəsonuna qədər asfaltı təmizləmək üçün hər şeyi edib, lakin yenə də ilk sessiyada trasın vəziyyəti qənaətbəxş olmayıb – bu da şəhər traslarında təbii haldır.

A24.az xəbər verir ki, komandalar startdan yalnız yarım saat sonra fəal işləməyə başlayıblar. Toro Rosso sürücüləri ilk bir saatı boksda keçiriblər – onlar trasın vəziyyətinin düzəlməyini gözləyiblər. Asfaltın sürüşkən olması bir çox sürücünün səhvlərə yol verməsinə səbəb olub. Maqnussen, Rəykkönen, Massa, Palmer və Bottas yerində fırlanıblar, lakin maşınlara zərər dəyməyib və işləməyə davam ediblər.

Sessiyanın sonuna 20 dəqiqə qalmış Peres səkkizinci döngədə qəza edib. Sessiya qırmızı bayraqlarla dayandırılıb və Serxio maşının təxliyə edilməsində iştirak edib. Qəzadan 14 dəqiqə sonra sessiya yaşıl işıqlarla davam etdirilib.

Maks Ferstappen protokollara başçılıq edib – 1:44.410. Ən çox məsafəni isə Ləns Stroll qət edib. Məşqlər Bakı vaxtı ilə 17:00-da davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 33 Maks Ferstappen Red Bull 1:44.410 19
2 3 Daniel Rikkardo Red Bull 1:44.880 + 0:00.470 22
3 5 Sebastyan Fettel Ferrari 1:44.967 + 0:00.557 20
4 11 Serxio Peres Force India 1:45.398 + 0:00.988 16
5 44 Lyuis Həmilton Mercedes AMG 1:45.497 + 0:01.087 16
6 77 Valtteri Bottas Mercedes AMG 1:45.737 + 0:01.327 19
7 31 Esteban Okon Force İndia 1:45.752 + 0:01.342 24
8 19 Felipe Massa Williams 1:45.968 + 0:01.558 25
9 7 Kimi Rəykkönen Ferrari 1:46.000 + 0:01.590 18
10 26 Daniil Kvyat Toro Rosso 1:46.617 + 0:02.207 11
11 18 Ləns Stroll Williams 1:46.649 + 0:02.239 28
12 20 Kevin Maqnussen Haas 1:46.721 + 0:02.311 23
13 8 Roman Qrojan Haas 1:46.837 + 0:02.427 22
14 27 Niko Hülkenberq Renault 1:47.217 + 0:02.807 21
15 2 Stoffel Vandorn McLaren 1:47.446 + 0:03.036 22
16 55 Karlos Sayns Toro Rosso 1:47.501 + 0:03.091 13
17 14 Fernando Alonso McLaren 1:47.551 + 0:03.141 20
18 30 Colion Palmer Renault 1:48.525 + 0:04.115 15
19 94 Paskal Verlyayn Sauber 1:49.048 + 0:04.638 19
20 9 Markus Eriksson Sauber 1:49.937 + 0:05.527 21
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Formula1, İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar