A24 Xeber

Bitkoindən asılılıq ölümə səbəb olur

Bitkoindən asılılıq ölümə səbəb olur
52
03 İyun 2018 - 14:46

Kripto valyuta vahidi Bitkoinin insanlarda qumar asılılığı yaratdığı açıqlanıb.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, İsveçdə bir xəstəxana artıq bu xəsətəliyə tutulanları müalicə etməyə başlayıb.

Həmin xəstəxana Peeblesshire bölgəsində yerləşən “Castle Craig” xəstəxanasıdır və kripto valtuya vahidindən əziyyət çəkən insanları qrup halında müalicə etməyə başlayıb. Çünki dünyada sürətlə yayılan Bitkoin insanları xəstə etməyə başlayıb.

Müalicə olunmasa ölümə səbəb olur…

Mərkəzdə hər kəs həyat hekayələrini danışır və insanlar burda özlərini yalnız hiss etmirlər. Təqribən 30 ildir narkotik, spirtli içki və qumar asılılığından əziyyət çəkənlərin müalicə aldığı mərkəzə son zamanlardır Bitkoin asılılığından əziyyət çəkənlər müraciət edir. Xəstəxanada qumar asılılığından terapiya keçən Kris Burn Bitkoin ticarətinin qumarla eyni tutulduğunu deyib.

Burn “Kripto valyuta vahidinin bazardakı qiymətləri bir anlıq aşağı düşəndə, qiymətlərdəki dəyişiklik insanları asılılığa doğru itələyir. Bu isə xəstəliyə çevrilir. Müalicə edilməsə ölümə səbəb olur” deyə bildirib.

Mütəxəssislərin bəziləri də bəhsəbəhslə əlaqələndirdikləri Bitkoin ticarətində qiymətlərin düşməsi və artmasının tez-tez baş verməsinin mənfi nəticələnəcəyini qeyd edir.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00