Bizi türklər, Türkiyədəkiləri də azərbaycanlılar müalicə edir? - FOTOLAR

Bizi türklər, Türkiyədəkiləri də azərbaycanlılar müalicə edir? – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyədə həkimlərin “ayağın kəsiləcək” dediyi xəstə alternativ tiblə sağlamlığına qovuşub.

“A24.az” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Vanda yaşayan Mehmet Yenicənin ayağında (45 yaş) 2018-ci ildə soyuqdan dolayı narahatlıq yaranıb. Türkiyənin bir çox xəstəxanasında müalicə alan Yenice xəstəliyinə çarə tapa bilməyib. Hətta bəzi həkimlər ona ayağının kəsiləcəyini də deyib. Ayağında yaranan narahatlığın səbəbi isə qan dövranın zəifləməsidir:

“Bir çox həkimə getdim. Həkimlər qanımın kirəcləşdiyini və bir şey edə bilməyəcəklərini dedilər. Mən də Süleyman həkimin yanına gəldim. 3 aydır burda aldığım müalicə nəticəsində, Allaha şükür, gəzə bilirəm. Ağrılarım kəsilib və ayağımda olan göyərmələr keçib gedib. Hazırda hər şey gözəldir. Lakin müalicədən əvvəl ancaq çubuqla gəzə bilirdim. Amma indi heç kimə möhtac olmadan gəzə bilirəm” deyib.

Dostunun vasitəsi ilə azərbaycanlı Süleyman Moeinzadfarroxzad həkimin yanına gəldiyini dilə gətirən Yenice həkimlərdən ayağının kəsiləcəyini eşidəndən sonra dünyanın başına fırladığını, lakin azərbaycanlı həkimlə tanış olandan sonra xəstəlikdən qurtulduğunu sevinərək qeyd edib.

Azərbaycanlı həkim isə ayağına həddindən artıq soyuq dəydiyi üçün sol ayağının çanağa qədər şişdiyini bildirərək, 3 aylıq müalicədən sonra hazırda xəstənin vəziyyətinin yaxşı olduğunu, müalicəsinin yekunlaşdığını deyib.

A24.az/ MTM

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar