Blogger xanım: "İnstaqram hesabım ancaq qızlar üçündür" - MÜSAHİBƏ

Blogger xanım: “İnstaqram hesabım ancaq qızlar üçündür” – MÜSAHİBƏ
Want create site? Find Free WordPress Themes and plugins.

“Mənim adımla yaxın rəfiqəmin adının baş hərflərini birləşdirəndə, şirkətimizin adı – Um Agency düzəlir”.

Bu gün müsahibimiz gənc xanım-blogger, “Um Agency” şirkətinin rəhbəri, həm də çox maraqlı şəxs olan Ülkər Həziyevadır. Onunla müsahibəni oxuculara təqdim edirik:

– Müsahibəyə başlamazdan öncə sahibi olduğunuz şirkət haqqında məlumat verərdiniz.

– Bizim şirkət “Um Agency” adlanır.Mənası cox adama maraqlı gəlir.Bu komandanı can dostumla birlikdə yaratmışıq. Çox çətinliklərdən keçməmizə baxmayaraq, sonunda gözəl bir kollektiv qurub,hazırlıq prosesini tamamladıq. Mənim adımla yaxın rəfiqəmin adının baş hərflərini birləşdirəndə, şirkətimizin adı – Um Agency düzəlir. Um Agency – də biz “Sosial Media Marketing – ə” baxırıq. Bizim gördüyümüz işlərin arasında çəkilişlər etmək, dizayn işləri, Facebook və İnstagram hesablarının idarə edilməsi daxilıdir.

İşimi çox sevirəm, çünki işim zövqlə, yeni ideyalarla bağlıdır. Bu işdə zövq, fantaziya olmasa iş getməz. Mən İqtisadiyyat sahəsi üzrə təhsil almışam. Təhsil aldığım müddətdə ən kiçik vəzifədə olsa belə işləmişəm. Sonra isə pillə-pillə qalxmağa çalışmışam. İşləyə-işləyə maraqlarımı, bilik səviyyəmi və dünyagörüşümü artıraraq uğur qazanacağıma inanmışam. Yaşım az olsa da, dolğun həyat yaşamışam. Yaxşı və pis insanlar tanımışam. Çətin günlərim də olub, yaxşı günlərim də, amma heç vaxt həvəsdən düşməmişəm. Həmişə pozitiv olmağa çalışmışam. Ona görə də blogger olmağı seçdim.

Ətrafımdakı qızlara daim pozitiv olmağı məsləhət görürəm. Gülərüz olmaq lazımdır ki, ətrafınızdakılar da sizə baxıb ruhlanıb nümunə götürsünlər. İnstaqram hesabım ancaq qızlar üçündür. Paylaşdığım fotolarla onları həvəsləndirməyə çalışıram. Həm də rəfiqələrimlə tez-tez geyim, məkan və s. mövzularda məsləhətləşirik, bir-birimizin təcrübələrindən yararlanırıq. Yəqin bu insanları gördükcə, tanıdıqca həyat təcrübəni alıb daha irəli getmək istəyirsən. Hər işi kimsə bizə göstəriş verir və onu hansı mərhələyə çatdırıb-çatdırmamaq bizdən aslıdır. İnsan fərasətli və ağıllı olduqca irəli gedir .

-Paxıllıq çəkən, sizi ruhdan salmaq istəyən insanlara qarşı necə mübarizə aparırsız? Yəqin ki, bəzən həmin sözləri ciddiyə alıb ruhdan düşdüyünüz anlar olub.

-Bəli olub, ruhdan düşdüyüm anlar, amma tez unuduram, çox da ürəyimə salmıram elə şeyləri. Mən hamıya məsləhət görürəm ki, hər şeyə çalışın gözəl baxın, gözəl davranın ətrafdakılarla və həyatınız da o qədər gözəl olacaq. İnsanın aurasıdan çox şey asılıdır. Auran gözəl olduqca ətrafdakılarına da gözəl aura verirsən.

-Onda deməli “insan istəyirsə hər cür çətinliyin öhdəsindən gələr” ideologiyası ilə yaşayırsınız. Hər şeydən yorulub tükəndiyiniz anlar olub yəqin ki. Süstlük insanı əlinə alır və həvəsdən salır. Belə anlarda nədən motivasiya alıb işə davam edirsiniz?

-Təbii ki, belə anlar da olur və bu anlarda çalışıram başımı qatım, rəfiqələrimlə alış-verişə çıxım. Bu mənə müsbət enerji verir. (gülür-red.) Hər xanım üçün depressiyadan çıxmaq üçün can dostu və alış-veriş kömək edir. Həm də mən aldığım əşyaları bloqumda paylaşdıqca, qızlardan müsbət rəylər və gözəl sözlər aldıqca ruhlanıram. Bloqumda məni çox sevən və hər zaman izlədiyimiz qızlar var ki, bəziləri ilə bloqumun sayəsində real həyatda tanış olub sonradan gözəl münasibətdə olmuşam. Hər zaman qızlara öz məsləhətlərimlə kömək olmağa çalışıram. Həm də qızlara öz təcrübəmdən blogumda yazıb məsləhlət gorürəm hansı məkana getmək məsləhətdi, hansı paltar daha zövqlüdür, hansı rəng bu sezon dəbdədir, hansı kosmetikadan istafədə etmək olar və s. Hamısı da öz şəxsi təcrübəmin nəticəsidir. İnşallah tezliklə Youtube-da öz kanalımda ilk videomu da yükləyəcəm.

-Həyatda düşməniniz varmı?

-Deməzdim ki, həyatda düşmənim var. Bu iş istiqamətini mən özüm seçmişəm. Yəqin ki, bilirsiniz, reklam işlərinə baxan insanın ətraf dairəsi həmişə geniş olur və onların paxıllığını çəkir bəzi insanlar. Amma həqiqətən dəstək olanlar da var. Nə yalan deyim, ətrafımda olan yaxın insanlardan çox razıyam, çünki onlardan heç vaxt zərbə almamışam, uğurlarıma sevinən dostlarım var.

-Maraqlı müsahibəyə görə sizə təşəkkür edirik!

-Siz də sağ olun!

Müsahibə: Təbriz Məhərrəmoğlu

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Müsahibə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar