A24 Xeber

Bloomberg: ABŞ türk şirkətlərinə və bəzi şəxslərə dair sanksiya siyahısını hazırlayıb

Bloomberg: ABŞ türk şirkətlərinə və bəzi şəxslərə dair sanksiya siyahısını hazırlayıb
26
03 Avqust 2018 - 13:13

ABŞ Türkiyəyə sanksiya tətbiq edəcək şirkət və şəxslərin siyahısını hazırlayır.

A24.Az Fars xəbər agentliyinə istinadən xəbər verir ki, bu haqda Bloomberg agentliyi xəbər yayıb. Bloomberg agentliyinin öz mənbələrinə əsaslandırdığı xəbərə görə, ABŞ hökuməti, Türkiyədə bəzi ABŞ vətəndaşlarının və diplomatik şəxslərinin həbs edilməsinə qarşılıq olaraq Türk şirkətlərinə və bəzi şəxslərə iqtisadi sanksiya tətbiq edilməsi istiqamətində siyahısı hazırlayıb. ABŞ-ın Türkiyəyə hazırladığı sanksiya siyahısının, Rus şirkətlərə və iş adamlarına qarşı hazırlanmış sanksiya siyahısını model aldığı qeyd edilib.

Bloombergin xəbərində, ABŞ-ın Türkiyədəki bəzi şəxslərə və qurumlara 2016-ci ild tarixli Qlobal Magnitsky Qanunu çərçivəsində sanksiya tətbiq edəcəyi qeyd olunub.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00