Bloomberg Dollar/Manatdan yazıb: Risk "qar topu" kimi böyüyür

Bloomberg Dollar/Manatdan yazıb: Risk “qar topu” kimi böyüyür
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan manatının ucuzlaşması davam edir. Manat, bu il dünyada dollar qarşısında ən çox dəyər itirən ikinci valyuta olub. 

“A24.az” bildirir ki, “2015-ci ildə iki devalvasiya ilə kəskin ucuzlaşan Azərbaycan manatı, ötən həftə dollar qarşısında ən çox dəyər itirən pul vahidi olub. Banklar cümə və şənbə günləri ya dollar satışını dayandırıb, ya da 100 ilə 500 dollar arası miqdarlar ilə məhdudlaşdırıb”,- “Marja” xəbər veirir ki, bu barədə “Bloomberg News”ın yaydığı xəbərdə deyilir.

Xəbərdə qeyd olunur ki, banklar tərəfindən tətbiq edilən məhdudiyyətlət “qara bazarı” çiçəkləndirib. Normalda 1,62 olan dollar/manat kursuna baxmayaraq, “Nərimanov” metro stansiyasındakı “treyderlər” 1 dolları 1,7 manata satırlar.

Bloomberg-ə müsahibə verən Maliyyə Bazarlarına Nəzarət Palatasının sözçüsü Rüfət Abbasov, valyuta satışının bankların qərarı olduğunu və müdaxilə edə bilmədiklərini deyib.

Bloomberg-in xəbərində qeyd edilir ki, Manatdan qaçış, Azərbaycan xalqının inamının azalmasının bir nəticəsidir. “Qar topu” kimi böyüyən risk, banklar üzərindəki təzyiqi artırır. S&P məlumatlarına görə, dollar əmanətlər cəmi əmanətlərin 80%-i səviyyəsindədir.

2015-ci ildə düşən neft qiymətlərinə paralel olaraq valyuta ehtiyatları “əriyib”, iqtisadiyyatı böyük həcmdə neft və qaz ticarətinə bağlı Azərbaycanın pul vahidi 2016-da 7 faiz ucuzlaşıb. Bu ucuzlaşma ilə birlikdə manat, Tacikistan Somonisindən sonra ən pis performans göstərən ikinci pul vahidi olub.

Azərbaycan Mərkəzi Bankı, neft qiymətlərinin düşməsilə ucuzlaşan manatı dəstəkləmək üçün ehtiyatlarının üçdə ikisini “əridib”. Bankın, manat əmanətlərini dəstəkləmək məqsədilə 2016-cı ildə üç dəfə qaldırdığı faiz dərəcələri, 2008-ci ildən bu yana ən yüksək səviyyəyə çıxıb.

“Bəhs edilən əməliyyatların heç biri bu günə qədər işə yaramadı”,– xəbərdə deyilir.

Banklardan rəsmi açıqlamalar verilməsə də, Bloomberg-ə danışan “qara bazardakı” vasitəçilər, son günlər yenidən kəskin artan dollar tələbinin ardından banklardakı valyuta ehtiyatlarının azaldığını bildiriblər.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar