A24 Xeber

“Bloomberg”də dollar kəskin düşdü – SON DƏQİQƏ

“Bloomberg”də dollar kəskin düşdü – SON DƏQİQƏ
654
10 Mart 2017 - 16:16

“Bloomberg” terminalında dollar kəskin ucuzlaşıb.

A24.Az Fins.az-a istinadən xəbər verir ki, mart ayının 10-da “Bloomberg” üzərində dolların son ticarət əməliyyatı 1.7350 manatla aparılıb. Bu isə dolların 2,39 % və ya 0.0425 qəpik ucuzlaşması deməkdir. Qeyd edək ki, bundan əvvəl dollar 1.7775 manat kursu ilə ticarət edilmişdi.
Xatırladaq ki, Azərbaycan bankları valyuta birjası kimi “Bloomberg” terminalından istifadə edirlər. “Bloomberg” banklar arasında ticarət və valyuta hərracının nəticəsinə əsasən manatın məzənnəsini müstəqil şəkildə müəyyən edir.

Qeyd edək ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış/satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00