BMT ana südünün ixracına qadağa qoydu

BMT ana südünün ixracına qadağa qoydu
Want create site? Find Free WordPress Themes and plugins.

Ana südü uşaqlarını öz südləri ilə qidalandıra bilməyən amerikalı qadınlar arasında yüksək tələbata malikdir.

A24.Az BBC-yə istinadən xəbər verir ki, UNİCEF amerikalı anaların ehtiyacları inkişaf etməkdə olan ölkələrdəki körpələrin ac qalması hesabına həll edilməməli olduğunu bildirib.

UNİCEF-in Kambocadakı təmsilçisi İman Maruka deyib ki, ana südü ehtiyatları yoxsul və köməksiz qadınların mənfəət naminə istismarı hesabına yaradılmamalıdır.

Maruka deyib ki, ana südü də qan kimi insan toxumasıdır və onun bu şəkildə kommersiyalaşdırılması qadağan olunmalıdır.

Kambocada qida çatışmazlığı uşaq rifahının ən müşkül problemi olaraq qalır və ana südü uşaqların qidalandırılması və sağlamlığı üçün əsas komponent sayılır.

UNİCEF bildirir ki, hətta körpələri altı aylığına çatmış analar da onları döş südü ilə qidalandırmaqda davam etməlidirlər.

Təşkilat tövsiyə edir ki, analar körpələrini tam şəkildə iki yaşınadək gündə azı beş dəfə döş südü ilə qidalandırmağa çalışmalıdırlar.

Birləşmiş Ştatlarda internet vasitəsilə ana südü satışı geniş yayılıb. Analar müvafiq internet saytlarında öz südlərini satışa çıxarırlar. Analar bu reklamlarda yaxşı qidalandıqlarını və sağlam olduqlarını da göstərirlər.

Lakin Ambrosia Labs şirkəti bu iddiadadır ki, o özünün Kambocadan iri həcmlərdə ana südü idxalı ilə daha etibarlı xidmət göstərir.

Şirkət bu məqsədlə südlərini aldığı qadınlardan qan analizləri götürür və onların sağlam olduqlarına əminlik əldə edir.

Yalnız bundan sonra dondurulmuş süd ABŞ-a nəql olunur və burada sterilləşdirildikdən sonra amerikalı qadınlara satılır.

Ambrosia Labs şirkəti iki kişi tərəfindən təsis edilib. Onlardan biri – Bronzson Woods Kambocadakı Mormon missiyasında işləyib. O və şəriki Ryan Newell iddia edirlər ki, döş südü ticarəti həm yoxsul kambocalıların dolanışığına kömək edir, həm də ana südü korluğu çəkən amerikalı qadınların əlindən tutur.

Bronzson Woods deyir ki, onlar Dünya Səhiyyə Təşkilatının tövsiyəsinə uyğun olaraq öz körpələrini 6 ay ərzində əmizdirmiş qadınların südünü alırlar.

“Biz başqa körpələrin südünü onların əlindən almırıq, – Newell deyib, – Biz analardan artıq qalmış südlərini götürürük. Başqa cür bu süd onsuz də istifadəsiz qalacaqdı”.

Ambrosia Labs şirkəti yoxsullar yaşayan ərazidə 30 qadından süd götürür.

Newell deyir ki, bu qadınlar öz südlərini satmasaydılar, ya pal-paltar fabriklərində işləməli olacaq, ya da küçələrə düşəcəkdilər.

Onun sözlərinə görə, döş südü şirkətində bu qadınlara verilən pul, pal-paltar fabriklərindəki maaşdan iki-üç dəfə çoxdur.

“Əksinə onlar evlərində oturur və uşaqlarına daha yaxşı baxmaq imkanı qazanırlar” –  biznesmen deyib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Sağlamlıq, Maraqlı
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar