BMT baş katibi etiraf etdi:  ABŞ və Rusiya əvvəlki kimi hamıya nəzarət edə bilmir

BMT baş katibi etiraf etdi:  ABŞ və Rusiya əvvəlki kimi hamıya nəzarət edə bilmir
Want create site? Find Free WordPress Themes and plugins.

BMT baş katibi Antoniu Quterreş “soyuq müharibə”nin qayıtdığını bəyan edib.

“A24.az” bildirir ki, bu barədə  SVT telekanalı məlumat yayıb.

“Aydındır ki, “soyuq müharibə” qayıdıb. Lakin, ABŞ və Rusiya artıq əvvəlki kimi hamıya nəzarət edə bilmir. Yaxın Şərq regionundakı bir çox ölkələr çox fəaldırlar: Türkiyə, İran, Səudiyyə Ərəbistanı və digərləri. Hazırda dünyada iki oxşar və nəzarət olunan blok yoxdur”, – deyə Antoniu Quterreş qeyd edib.

O həmçinin BMT-nin Suriyadakı münaqişəni nizamlamaq iqtidarında olmadığını qeyd edib.

Antoniu Quterreş münaqişələrin dərinləşməsinin qarşısını ala biləcək nəzarət mexanizmlərinin artıq olmadığını vurğulayıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar