BMT-də açıqladı: "London "Skripalın işi" üzrə dəlilləri məhv edir"

BMT-də açıqladı: “London “Skripalın işi” üzrə dəlilləri məhv edir”
Want create site? Find Free WordPress Themes and plugins.

Böyük Britaniya Sergey Skripal və onun qızı Yuliyanın zəhərlənməsi işi üzrə dəlilləri planlı şəkildə məhv edir.

“A24.az”ın məlumatına görə, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya bildirib.

V.Nebenzya deyib: “Britaniya hakimiyyəti maddi sübut və dəlillərin planlı şəkildə məhvi ilə məşğul olur. Skripalin evindəki heyvanlar məhv edilib. Görünür ki, onlardan nümunələr götürülməyib. Skripal ailəsinin olduğu yerlər təmizlənir – bar, restoran, skamya, parkın torpağı və sairə”.

Daimi nümayəndə həmçinin Skripal ailəsini mart ayının 4-dən heç kimin görmədiyini bildirib.

Qeyd edək ki, Böyük Britaniya və Rusiya münasibətləri martın əvvəllərində Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripalın Londonda öz qızı ilə birlikdə zəhərlənməsindən sonra kəskin pisləşib. Skripal ailəsinin zəhərlənməsində London Rusiyanı ittiham edir. Rusiya bunu qəti şəkildə inkar edir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar