A24 Xeber

BMT-dən Türkiyə açıqlaması: “Bu iclas…”

BMT-dən Türkiyə açıqlaması: “Bu iclas…”
55
04 Sentyabr 2018 - 20:17

Birləşmiş Millətlər Təşkilatı (BMT) Suriya Xüsusi Nümayəndəsi Staffan de Mistura Türkiyə, Rusiya və İran nümayəndə heyətləri İsveçrənin Cenevrə şəhərində 10-11 sentyabrda keçirəcəyi görüşlərin Suriyadakı siyasi prosesə dair “tale anı” olacağını bildirib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Mistura, BMT-nin Cenevrə Ofisində keçirdiyi mətbuat konfransında Suriyanın şimal-qərbindəki İdlib vilayətində Bəşər Əsəd rejimi və havadarlarının mümkün əməliyyatıyla bağlı, “İdlibə qarşı ciddi narahatlıqlarımız davam edir”, – deyə bildirib. Çıxışının böyük hissəsini, 10-11 sentyabrda Türkiyə, Rusiya və İran nümayəndə heyətləri və 14 Sentyabrda Misir, Fransa, Almaniya, İordaniya, Səudiyyə Ərəbistanı, İngiltərə və ABŞ nümayəndə heyətlərindən ibarət olan “kiçik qrupla” edəcəyi birgə məsləhətləşmələrə ayıran Mistura, “Mənim danışığıma görə, olduqca əhəmiyyətli bir neçə həftənin astanasındayıq”, – deyə qeyd edib. Mistura, Cenevrədə keçirəcəyi məşvərət toplantılarının Suriyada “qənaətbəxş siyasi prosesi” stimullaşdıracaq potensialda olmasına ümid etdiklərini deyib.

Suriyaya sülhü gətirəcək siyasi prosesdə 2254 saylı BMT Təhlükəsizlik Şurası qərarının və Soçi Sammitinin yekun bəyannaməsinin yerinə yetirilməsi və Suriya Konstitusiya Komitəsinin yaradılmasının əhəmiyyətinə işarə edən Mistura, nümayəndəılərinin və özünün bu məsələlərdə fəal çalışdığını dilə gətirib.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00