BMT dövlətlərə terrorçuların və qaçaqmalçıların aşkar olunmasında kömək edəcək

BMT dövlətlərə terrorçuların və qaçaqmalçıların aşkar olunmasında kömək edəcək
Want create site? Find Free WordPress Themes and plugins.

BMT-nin Narkotiklərə və Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin rəhbəri Yuri Fedotov və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İKAO) rəhbəri Fan Lyu Anlaşma Memorandumu imzalayıblar.

A24.Az xəbər verir ki, Y. Fedotov və Fan Lyu aeroportlarda və hava gəmilərində qaçaqmalların aşkar olunmasında və müsadirə edilməsində, habelə cinayətkarların saxlanılmasında ölkələrə birlikdə kömək etmək barədə razılığa gəliblər.

2017-ci ildə dünya aviaşirkətləri 37 milyon reys yerinə yetirib və rekord sayda sərnişin daşıyıblar. 4,1 milyard insan aviaşirkətlərin xidmətlərindən istifadə edib. İKAO-da belə hesab edirlər ki, 2030-cu ilə qədər hər il təyyarə ilə uçan sərnişinlərin sayı hazırda Yer kürəsi əhalisinin sayına, yəni təqribən səkkiz milyard nəfərə bərabər olacaq.

Yuri Fedotov deyib: “Bizim tərəfdaşlığımızın məqsədi mənşə, tranzit və təyinat ölkələrinin aeroportlarında fəaliyyət göstərən hüquq mühafizə orqanlarının potensialının artırılmasına yardım göstərmək, qaçaqmalların aşkar olunmasında və müsadirə edilməsində, habelə cinayətkarların tutulub saxlanmasında ölkələrə kömək etməkdir”.

O vurğulayıb ki, sərnişinlərin sayının artması, kommunikasiya vasitələrinin genişlənməsi ilə əlaqədar, silahlıları, terrorçuları və qaçaqmalçıları aşkar etmək get-gedə çətinləşir. Cinayətkarlar qaçaqmalları sərnişinlərlə, baqajın içində göndərir, xüsusi təyyarələrdən, bu məqsədlə poçt bağlamalarından, ekspress çatdırma xidmətindən istifadə edirlər.

Gömrük xidmətləri aeroportlarda BMT-nin iştirakı və beynəlxalq işçi qrupların köməyi ilə hər il tonlarla kokain və digər narkotikləri müsadirə edir, yabanı flora və fauna növlərinin qanunsuz dövriyyəsi ilə bağlı yüzlərlə halları aşkar edirlər.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, İqtisadiyyat, Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar