BMT İsrailin dövlət siyasətini sərt tənqid etdi: "İrqçilik siyasəti yürüdür”

BMT İsrailin dövlət siyasətini sərt tənqid etdi: “İrqçilik siyasəti yürüdür”
Want create site? Find Free WordPress Themes and plugins.

BMT Qərbi Asiya İqtisadi və Sosial Komissiyası İsrailin fələstinlilərə qarşı iqri ayrı-seçkilik etdiyini bildirib.

“A24.az” xəbər verir ki, BMT-nin Qərbi Asiya İqtisadi və Sosial Komissiyasının katibi Rima Xələf Livanın paytaxtı Beyrutda təşkil etdiyi mətbuat konfransında “İsrailin Fələstin xalqına qarşı etdikləri və irqi ayrı-seçkilik problemi” mövzusunda araşdırma hesabatı ilə bağlı məlumat verərək bütün bunların ciddi dəlillərə söykəndiyini vurğulayıb.

Hesabatda İsrailin açıq şəkildə irqçi dövlət olduğunu nəzərə çatdıran Xələf deyib: “İsrail uzun illərdən bəri beynəlxalq hüquq normalarını pozur. Beynəlxalq ictimaiyyətin bu vəziyyətə göz yummasından istifadə edən İsrail ötən onilliklər ərzində Fələstin xalqına qarşı dövlət siyasəti kimi irqi ayrı-seçkilik həyata keçirir”.

Komissiya tərəfindən aparılan araşdırmalar nəticəsində İsrail ilə Fələstin arasındakı ziddiyyətlərin qarşısını almaq üçün tətbiq edilən ikidövlətli həll yolunun uğurlu olmadığını qeyd edən Xələf dövlətlərdən və qeyri-hökumət təşkilatlarından irqçi siyasət həyata keçirən İsrailə bu siyasətinə son qoyması üçün təzyiqlər göstərmələrini tələb edib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Din
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar