BMT TŞ-ya sədrlik İsveçə keçdi

BMT TŞ-ya sədrlik İsveçə keçdi
Want create site? Find Free WordPress Themes and plugins.

İsveç Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına bir aylıq sədrlik edəcək.

A24.Az xəbər verir ki, İsveç xarici işlər naziri Margot Wallström hökumətin rəsmi internet saytından verdiyi açıqlamada BMT TŞ-nın müvəqqəti üzvü olan ölkəsinin 1 iyul – 1 avqust aralığında şuraya sədrlik edəcəyini bildirib.

Wallström, son dərəcə çətin bir dövrdə dünya problemləri ilə qarşı-qarşıya olduqlarını dilə gətirib.

“Çox sayda insanın çətinlikdə olduğu, qaçqın vəziyyətinə düşdüyü bir dünyada yaşayırıq. Rəhbərlik dövrümüzdə qadın və uşaq hüquqlarını ön plana çıxaracağıq. Yəmən, Suriya və Myanmadakı problemlər də əsas müzakirə mövzularımız olacaq. Fəal diplomatiya ilə problemlərin üzərinə gedəcəyik”, – deyə o əlavə edib.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar