A24 Xeber

“BOÇrVF 260602” adlı oğlan uşağı – MƏHKƏMƏ BU ADI QƏBUL ETMƏDİ

“BOÇrVF 260602” adlı oğlan uşağı – MƏHKƏMƏ BU ADI QƏBUL ETMƏDİ
568
07 Mart 2017 - 17:23

Rusiya Dövlət Duması birinci oxunuşda adların qeydiyyatı zamanı rəqəmlər, simvollar və ya onların istənilən kombinasiyası, abbreviaturalar, vəzifələr, ranqlar və ədəbi dilin normalarına uyğun olmayan sözlərdən istifadə edilməsini qadağan edən qanun layihəsini qəbul edib.

A24.Az xəbər verir ki, cari qanunvericilik valideynlərə uşağa ad seçimində tam azadlıq verir.

Qanun layihəsinin müəllifi “BOÇ rVF 260602” (Bioloqiçeskiy obyekt çeloveka roda Voroninıx – Frolovıx, doğum tarixi 26 iyun 2002-ci il – red.) adlı oğlanı nümunə gətirib. Bu oğlan hələ də sənədsiz yaşayır.

Belə ki, məhkəmə Moskva VVAQ idarəsinin uşağı belə adla qeydiyyata salmamaq qərarını dəstəkləyib.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00