“Boeing” nəhəng yük qaldıran dronunu təqdim etdi – VİDEO

“Boeing” nəhəng yük qaldıran dronunu təqdim etdi – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Böyük aviasiya şirkəti olan “Boeing” yüksək yükdaşıma qabiliyyətinə sahib olan nəhəng karqo dronunu təqdim edib.

“A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, 230 kq yük daşıma qabiliyyətinə sahib olan nəhəng dron gələcəyin müstəqil uçan təyyarəsi olacaq.

Bu dronun “Boeing” mühəndisləri tərəfindən hazırlanması və həyata keçirilməsi prosesi 3 ay davam edib. “Boeing”in Missuridəki araşdırma laboratoriyasında edilən ilk uçuş testi isə uğurla tamamlanıb.

Elektrikli sürüşmə sistemi ilə işləyən CAV prototipi səkkiz motorun köməyi ilə dikinə uça bilir. Dronun uzunluğunun 4,57 metr, həcminin 5,49 fit, eni 1,22 metr və ağırlığınin 339 kq olması açıqlansa da, digər şeylər haqqında məlumat verilməyib.

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Texnologiya, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar