Boksçularımız beynəlxalq turnirə qələbə ilə başladı 

Boksçularımız beynəlxalq turnirə qələbə ilə başladı
Want create site? Find Free WordPress Themes and plugins.

İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində gənc boksçular arasında Avropa birinciliyinə start verilib. Yarışın ilk günündə Azərbaycan millisinin 2 idmançısı rinqə çıxıb.

Azərbaycan Boks Federasiyasından A24.Az-a verilən  məlumata görə, 56 kq çəki dərəcəsində mübarizə aparan Nəbi İsgəndərov 1/16 final mərhələsi çərçivəsində Aleks Baki (Macarıstan) ilə üz-üzə gəlib. Döyüş həmyerlimizin qələbəsi ilə başa çatıb. İsgəndərov rəqibini 4:1 (29:28, 30:27, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edib.

Boksçumuz 1/8 finalda fransalı Bilel Qourari ilə döyüşəcək. Qarşılaşma aprelin 20-də olacaq.

75 kq çəki dərəcəsində gücünü yoxlayan Məhəmməd Yusifov da Avropa birinciliyinə qələbə ilə start verib. O, 1/16 finalda Vilmantas Siriusu (Litva) mübarizədən kənarlaşdırıb. Həmyerlimiz 3:0 (28:28, 28:28, 29:27, 29:27, 29:27) hesabı ilə qələbə qazanıb.

Yusifov 1/8 finalda Rafael Hovannisyanla (Ermənistan) qarşılaşacaq. Bu döyüş də sabah baş tutacaq.

Bu gün isə 3 boksçumuz mübarizəyə qoşulacaq. Nurlan Səfərov (60 kq) Stefan Kirkorovla (Bolqarıstan), Zaur Musayev (81 kq) Damyan Zavieruşinski (Polşa) ilə və İsmayıl Yaqubov (91 kq) Viktor Yurkla (Almaniya) üz-üzə gələcək.

Qeyd edək ki, yığmamız Buenos Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışa 10 oğlan və 1 qız boksçu ilə qatılıb.

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar