Boliviyada nazirin müavinini döyərək öldürdülər - VİDEO

Boliviyada nazirin müavinini döyərək öldürdülər – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Boliviya daxili işlər nazirinin müavini Rodolfo İyanes etiraz edən şaxtaçılar tərəfindən oğurlanaraq öldürülüb.

“A24.az” xəbər verir ki, bunu yerli “Fedecomin” radiostansiyasının direktoru Moyses Flores bildirib.

“Röyters”in məlumatına görə, nazir müavini döyülərək qətlə yetirilib. İnsidentin Panduro şəhərində baş verdiyi bildirilir. Moyses Flores məmurun cəsədini şəxsən gördüyünü iddia edib. Ölkənin DİN rəhbəri Karlos Romero hələlik yalnız Rodolfo İyanesin oğurlandığını etiraf edib.

Qeyd edək ki, Boliviyada mədən işçiləri son iki həftə şaxtaçılara dair kooperativlər haqqında qanuna gözlənilən dəyişikliklərə qarşı etiraz edirlər.

https://www.youtube.com/watch?v=kMVFz2SuBBk

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar