Bolqarıstan şirkəti Ermənistana 1000-dən çox pulemyot satıb

Bolqarıstan şirkəti Ermənistana 1000-dən çox pulemyot satıb
Want create site? Find Free WordPress Themes and plugins.
Bolqarıstan 2017-ci ildə Cənubi Qafqazın iki dövlətinə – Ermənistan və Gürcüstana atıcı silahların satışını həyata keçirib.
A24.Az “AzeriDefence”ə istinadən xəbər verir ki, bu barədə informasiya Bolqarıstan hökumətinin BMT Adi Silahlar Registrinə təqdim etdiyi hesabatda yer alıb.
Hesabatda əksini tapmış məlumatlara görə, Bolqarıstan ötən il Ermənistana 1094 ədəd əl pulemyot satıb. Əvvəlki illərdə əsas hərbi-texniki tərəfdaşı olan Gürcüstana isə cəmi 70 ədəd karabin ixrac edib.
Qeyd edək ki, son illərdə Bolqarıstanın “Arsenal 2000” şirkəti Ermənistanla aktiv əməkdaşlıq xətti yürüdür. Adıçəkilən şirkət Ermənistanda keçirilmiş hərbi sərgilərə stendlə qatılıb. Mart ayında keçirilmiş son sərgidə erməni mediasında yer alan məlumata görə, bu ölkənin müvafiq qurumları ilə razılaşmalar əldə edib.
A24.Az
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar