A24 Xeber

Booking.com geri qayıdır

Booking.com geri qayıdır
56
22 İyun 2017 - 21:41

Mart ayının sonlarında Türkiyədə fəaliyyəti dayandırılan booking.com yenidən bu ölkədə öz fəaliyyətinə başlaya bilər.
A24.Az fins.az-a istinadən bildirir ki, Türkiyənin mədəniyyət və turizm nazirliyinin nümayəndəsi açıqlamasında booking.com-un ölkədə yenidən işə başlaya biləyindən danışıb. Bildirib ki, şirkət vergi, texniki və digər məsələlərdə qüsurları aradan qaldırmaq şərti ilə fəaliyyətini bərpa edə bilər.
Xatırladaq ki, bir müddət əvvəl Türkiyə Səyahət Agentlikləri Birliyi olan TÜRSAB booking.com-u ədalətsiz rəqabətdə ittiham etmişdi. Buna görə də portalın ölkədə fəaliyyətinin qarşısı alınmışdı. Daha sonra məsələ ilə bağlı məhkəmə işi başladılıb.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00