A24 Xeber

Boşanmaq Mustafa Sandala baha başa gəldi – Eminanın istədikləri SİYAHIDA

Boşanmaq Mustafa Sandala baha başa gəldi – Eminanın istədikləri SİYAHIDA
68
07 İyun 2018 - 12:52

Mustafa Sandal ilə Emina Jahovic 10 illik evliliklərini qarşılıqlı anlaşma yolu ilə bitiriblər.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, boşanma məşhur popçuya baha başa gəlib. Eminanın tələblərindən ibarət siyahını təqdim edirik:

-Belə ki, boşanma protokoluna görə cütlüyün yaşadığı “Beykoz Çubuklu Vadi Evleri”ndə yerləşən evin 3-də 2 hissəsi Yaman və Yavuzun vəlayətini alan Eminaya veriləcək. Boşanma həyata keçəndən sonra ev ən azı 3 milyon dollara satılıb 3-də 2 hissəsi Eminaya ödəniləcək.

-“Songwritter” adlı yaxta 3 ayda bir dəfə Jahovicin istifadəsinə veriləcək.

-Ən azı 4 il ərzində Mustafa Sandal keçmiş xanımının adına Serbiyada 250 min avro dəyərində bina evi alacaq.

-Sandal Eminaya ayda 15 min lirə aliment ödəyəcək.

-Ata uşaqları üçün 5-10 min lirə arasında iştirak alimenti verəcək.

-İllik 60 min lirə tətil pulunu, təhsil xərclərini və digər xərclərini ödəyəcək.

-Sandal keçmiş xanımı istədiyi vaxt ona avtomobil kirayə götürəcək. Əgər Mustafa Sandal Eminaya 275 min lirə dəyərində avtomobil alarsa, kirayə avtomobil götürmək problemi aradan qalxacaq.

Baş verənlərdən dolayı pis olan Emina Jahovic “Evliliyin bitməsi asan deyil. Biz nəticədə yaxın dostlarıq, övladlarımıza görə həmişə belə qalacağıq” ifadələrini işlədib.

Məhkəməyə birlikdə gəlib, birlikdə çıxan cütlükdən Mustafa Samdal isə bunları deyib: “Biz evliliyimizə nöqtə qoyduq, amma iki övladımız var. Aramızdakı sevgi, dostluq və o sağlam bağ ömür boyu son nəfəsimizə qədər davam edəcək. Xeyirli olsun. Birlikdə gəldik, birlikdə də gedirik”.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00