Bosniyadan Xocalıya dəstək - Təşəkkür edildi - FOTO

Bosniyadan Xocalıya dəstək – Təşəkkür edildi
Want create site? Find Free WordPress Themes and plugins.

Milli Məclisin deputatı Çingiz Qənizadənin Bosniya və Herseqovinada rəsmi görüşləri davam edir. 

A24.az xəbər verir ki, görüşdə Azərbaycanla Bosniya və Herseqovina arasındakı ikitərəfli əməkdaşlıq, parlamentlərarası münasibətlər, iqtisadi, siyasi əlaqələrin genişləndirilməsi istiqamətində görüləcək işlər müzakirə edilib.

Görüşdə çıxış edən millət vəkili Çingiz Qənizadə D. Zvizdiçə 2013-cü il fevralın 26-da Bosniya və Herseqovina parlamenti tərəfindən Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin qorunmasına dair və Xocalı faciəsi ilə bağlı qəbul edilən qətnaməyə görə təşəkkürünü bildirib.

Deputat həmçinin Bosniya və Herseqovinadan olan dostluq qrupunun üzvlərinin aprel ayının birinci yarısında Azərbaycana dəvət etdiyini qeyd edib.

Görüş iştirakçıları sonda bu əlaqələrin gələcəkdə daha uğurla davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar