A24 Xeber

Bottas ikinci testlərin ikinci gününün lideridir

Bottas ikinci testlərin ikinci gününün lideridir
709
08 Mart 2017 - 21:58

A24.az xəbər verir ki, komandalar səhər saatlarında daha çox aerodinamika üzərində çalışıblar – maşınların müxtəlif hissələrindəki rəngli boyalar da bundan xəbər verirdi. Sonrakı saatlarda isə diqqətlərini daha çox məsafə qət etməyə yönəldiblər.

Axşam saatlarında seans üç dəfə qırmızı bayraqlarla dayandırılıb. İdarəetməni itirən Kimi Rəykkönen çınqıllığa çıxıb. Əvvəlcə maşının arxası, sonra isə önü baryerlərdə dəyib. Maşının qanadı və asılqanı zədələnib və finlandiyalı üçün test günü başa çatıb. Qəzadan 12 dəqiqə sonra yaşıl işıqlar yanıb və testlər davam edib.

Qırmızı bayraqlar ikinci dəfə Ferstappenin maşınının 13-cü döngədə dayanmasına görə dalğalanıb. Maşın tezliklə təxliyə olunub və sürücülərin prqoramlarını başa çatdıra bilmələri üçün sessiya beş dəqiqə uzadılıb. Lakin bu dəfə də Markus Erikssonun maşınında problem meydana gəlib. Üçüncü qırmızı bayraqdan sonra sessiya davam etdirilməyib.

Valtteri Bottas builki testlərin hələ ki, ən sürətli dövrəsini vuraraq protokollara başçılıq edib – 1:19.310. Felipe Massanın nəticəsi də ona yaxın olub. Üçüncü olan Kimi Rəykkönen isə onlara bir saniyə uduzub.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00