Böyük Britaniya şahzadəsi Harrinin nikah mərasimi keçirilir - CANLI YAYIM

Böyük Britaniya şahzadəsi Harrinin nikah mərasimi keçirilir – CANLI YAYIM
Want create site? Find Free WordPress Themes and plugins.

Britaniya şahzadəsi Harri amerikalı aktrisa və fotomodel Meqan Markl ilə toy günündə Sasseks hersoqu titulu ilə təltif edilib.

“A24.Az” BBC-yə istinadən xəbər verir ki, bu barədə Bukingem sarayının yaydığı məlumatda deyilir.

Bu qərarı şahzadə Harrinin nənəsi, kraliça II Yelizaveta verib.

Öz növbəsində, toydan sonra şahzadənin həyat yoldaşı Meqan Markl “Sasseks kral əlahəzrət hersoginyası” olacaq.

Nikan mərasimi bu gün yerli vaxtla günorta Berkşirt qraflığındakı Vindzor qəsri ərazində yerləşən Müqəddəs Georgi kilsəsində baş tutacaq. Mərasimə 2500-dən artıq qonaq dəvət olunub.

Atası mərasimdə iştirak etməyəcəyindən Meqan Marklı kilsəyə qayınatası şahzadə Çarlz gətirəcək.

Bu toyu dünyada milyonlarla insanın izləyəcəyi gözlənilir. Yeni evlənənləri öz gözləri ilə görmək üçün Vindsor küçələrində, təxminən, on min adam dayanacaq.

Mərasimi yaxşı yerdən izləmək üçün insanlar gecəni hətta küçədə yataraq keçirib.

Nikah mərasimindən sonra şahzadə Harri və həyat yoldaşı 25 dəqiqə boyunca şəhərdə üstüaçıq faytonda hərəkət edəcəklər.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Maraqlı, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar