A24 Xeber

Böyük Britaniyanın baş naziri: “Londonda baş verən terror aktı britaniyalı tərəfindən törədilib”

Böyük Britaniyanın baş naziri: “Londonda baş verən terror aktı britaniyalı tərəfindən törədilib”
622
23 Mart 2017 - 15:08

Londonda baş verən terror aktı britaniyalı tərəfindən törədilib.

A24.Az-ın “İndependent”ə istinadən verdiyi məlumata görə, bu barədə Böyük Britaniyanın baş naziri Tereza Mey parlamentdə çıxışı zamanı məlumat verib.

O bildirib ki, terrorçu tək olub.

Xatırladaq ki, ötən gün naməlum şəxs Vestminster körpüsündə bir neçə nəfəri avtomobillə vurub və sonra parlament binasına yaxınlaşaraq polis əməkdaşını bıçaqlayıb. O, digər polislər tərəfindən zərərsizləşdirilib. Hadisə nəticəsində 5 nəfər ölüb, 40 nəfər yaralanıb.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00