Böyük şəhərlərdə yaşayanlar bu təhlükə ilə üz-üzədir

Böyük şəhərlərdə yaşayanlar bu təhlükə ilə üz-üzədir
Want create site? Find Free WordPress Themes and plugins.

Meqapolis sakinləri kənd yerlərində yaşayanlarla müqayisədə dəri xəstəliklərindən daha çox əziyyət çəkirlər.

“A24.az” bildirir ki, Cənubi Koreya alimləri belə hesab edirlər.

Tədqiqatın nəticələrinin dərc olunduğu “Science Advances” jurnalında qeyd olunur ki, insan dərisində qidalanan mikroorqanizmlərin həyatını təhlil etmək üçün Çinin 5 şəhərində (3-ü böyük, 2-si meqapolis) yaşayan 231 qadından analiz götürülüb.

Məlum olub ki, meqapolislərdə yaşayanlarda mikroorqanizmlər böyük şəhərlərdə yaşayanlarla müqayisədə xeyli azdır. Alimlər bu qənaətə gəliblər ki, dəridə nə qədər çox mikroorqanizm qidalanarsa, dəri xəstəliyi riski bir o qədər az olacaq.

Bundan əvvəl ehtimal edilirdi ki, dəri xəstəliklərinə havanın normadan artıq çirklənməsi səbəb ola bilər. Lakin bu xəstəliyə səbəb olan mexanizm tam aydın deyil.

Trend.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Sağlamlıq, Araşdırma
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar