BP Azərbaycanda neft hasilatını artırıb

BP Azərbaycanda neft hasilatını artırıb
Want create site? Find Free WordPress Themes and plugins.

Bu ilin birinci yarısında BP Azəri – Çıraq – Günəşli (AÇG) yataqlarından neft hasilatını keçən ilin birinci yarısı ilə müqayisədə bir qədər artırıb.

A24.Az-a BP-nin Bakıdakı ofisindən daxil olan məlumata görə, 2016-cı ilin iki rüb ərzində AÇG-dən günlük ümumi orta hasilat 655 min barel olub. Bu, ötən ilin birinci yarısı ilə müqayisədə 2,2% çoxdur. 2015-ci ilin birinci yarısında Azərbaycanda günlük orta hasilat 641 min barel təşkil etmişdi.

Günlük hasilat göstəricisi plarformalar arasında sşağıdakı kimi paylanıb: Çıraq (51 000), Mərkəzi Azəri (153 000), Qərbi Azəri (117 000), Şərqi Azəri (71 000), Dərinsulu Günəşli (136 000) və Qərbi Çıraq (127 000).

2016-cı ilin iki rüb ərzində platformalarından hasilat ümumilikdə 119 milyon bareldən artıq, yəni 16 milyon ton təşkil edib.

İyun ayınınsonunda AÇG-də ümumilikdə 102 neft hasilat quyusu və 43 qaz və su injektor quyusu istismarda idi.

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar