A24 Xeber

BQXK 71 əməkdaşını Yəməndən geri çağırıb

BQXK 71 əməkdaşını Yəməndən geri çağırıb
29
08 İyun 2018 - 0:29

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) missiyanın işçiləri üçün yaranmış çoxsaylı təhlükələr səbəbindən 71 əməkdaşının Yəməndən geri çağırılması barədə qərar qəbul edib.

A24.Az “Report”a istinadən xəbər verir ki, bu barədə cümə axşamı humanitar təşkilatın Cenevrədə yerləşən baş qərargahı məlumat yayıb.

“BQXK silsilə hadisə və təhlükələr nəticəsində 71 əməkdaşını Yəməndən çıxardı. Təşkilat cərrahiyyə xidməti, dustaqların ziyarəti, içməli su ilə təmin edilmə və ərzaq yardımı təşəbbüsləri kimi sahələrdə humanitar fəaliyyətini zəiflədib”, – deyə məlumatda bildirilir.

Qeyd olunur ki, “bizim cari fəaliyyətimiz son həftələrdə məhdudlaşdırılıb, o təhlükələrə məruz qalıb və hədəfə çevrilib. Təşkilatımızı münaqişənin girovu kimi istifadə etməklə bağlı açıq cəhdlər görürük”.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00