Braziliya millisinin “Rusiya-2018” üçün yekun heyəti mayın 14-də açıqlanacaq

Braziliya millisinin “Rusiya-2018” üçün yekun heyəti mayın 14-də açıqlanacaq
Want create site? Find Free WordPress Themes and plugins.

Futbol üzrə Braziliya millisinin Rusiyada təşkil olunacaq dünya çempionatı üçün yekun heyəti mayın 14-də açıqlanacaq.

A24.Az xəbər verir ki, FIFA-nın qaydalarına görə, mundialın iştirakçıları iyunun 4-dək sifariş ərizəsini quruma yollamalıdırlar. Ancaq Braziliya millisi yekun heyəti digər komandalardan əvvəl təqdim edəcək.

Bir müddət əvvəl Braziliya millisinin baş məşqçisi Tite Rusiyaya gedəcək 15 futbolçunu elan etmişdi. Belə ki, heyətə Alisson, Dani Alves, Markinos, Tiaqo Silva, Miranda, Marselo, Kazemiro, Renato Auqusto, Paulino, Koutino, Fernandino, Villian, Neymar, Qabriel Jezus və Firmino daxil edilmişdi.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar