Bridgestone Formula1-ə niyə qayıtmaq istəmir?

Bridgestone Formula1-ə niyə qayıtmaq istəmir?
Want create site? Find Free WordPress Themes and plugins.

2010-cu ilə qədər Formula1-də təkər təchizatçısı olan Bridgestone hazırda idman tədbirlərinə, o cümlədən Olimpiya oyunlarına sponsorluq edir. Lakin Yaponiya təkər istehsalçısı Formula1-ə qayıtmaq barədə düşünmür.

A24.az xəbər verir ki, şirkətin Avropa bölməsinin rəhbəri Robin Şo bu barədə danışıb: “Biz hazırda vaxtımızı və resurslarımızı Olimpiya oyunlarına sərf edirik, buna görə də mən yaxın gələcəkdə Formula1-ə qayıdacağımızı düşünmürəm. Həm də bizim yüksək keyfiyyətli və dözümlü təkərlərimizin Formula1-i maraqlandırdığını görmürəm. Onlar resursu tez bitən təkərlər tələb edirlər.

Mən Formula1 azarkeşiyəm, lakin çox şadam ki, biz Formula1-ə yox, Olimpiya oyunlarına sərmayə qoyuruq. Biz çalışırıq ki, məhsullarımız keyfiyyətli və uzunömürlü olsun, amma istehlakçı üçün təkərlərin hamısı qara, yumru və rezindir”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Formula1, İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar