Brilliant Dadaşovadan Elza Seyidcahana dəstək: "Əcəb edib tikirsən cılızların ağzını”

Brilliant Dadaşovadan Elza Seyidcahana dəstək: “Əcəb edib tikirsən cılızların ağzını”
Want create site? Find Free WordPress Themes and plugins.

Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahanın şair Mikayıl Müşfiqə şeir həsr etməsi cəmiyyətdə böyük narazılığa səbəb olub.
“Gəl mənə əl çək, Müşfiq” adlı şeiri sosial şəbəkə izləyiciləri tərəfindən qınağa tuş gəlib. Amma Xalq artisti Brilliant Dadaşova Elza Seyidcahanın müdafiəsinə qalxıb.
Brilliant Dadaşova bəzi sosial şəbəkə izləyicilərini “cılız insanlar” adlandırıb: “Sənin istedadını cılız insancığazlar anlamaz. Əcəb edib tikirsən özlərini adam hesab edən cılızların ağzını”.

Xatırlatmaq üçün sizə “Gəl mənə əl çək, Müşfiq” adlı şeiri təqdim edirik:

Gəl mənə əl çək, Müşfiq

6 yanvar anım günündür, Müşfiq

Sənin o gün qanın axıbdır, Müşfiq

Bu gün sənin məzarın yoxdur, Müşfiq

Ramiz Rövşən demişdir ki, ay Müşfiq

Milyon-milyon qəbir varsa,

Bir qəbirsiz şair varsa,

Üzündə bir sağ yer varsa,

Dünyanın tfu üzünə

Tfu üzünə dünyanın

Qələmlərdə yerin sənin

Kağızlarda, qəlblərdə

Könlümdə nə varsa

Açayım dağlara

O dillərdə bu dillərdə

Dənizlərdə, tarlalarda, təbiətdə, bəşəriyyətdə

Axı necə əl çəkim?

Qəhqəhələrdir Müşfiq.

Ha-ha-ha-halardır Müşfiq.

Məzaristanlardır Müşfiq.

Məkanın cənnətdir, Müşfiq.

Gəl məni çək

Məni sən çək

Çək mənə əl, can Müşfiq

Ruhun şad olsun, Müşfiq

Şad-xürrəm otur, Müşfiq…

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Şou-biznes
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar