A24 Xeber

Britaniya şahzadələri Trampla görüşmək istəmədilər

Britaniya şahzadələri Trampla görüşmək istəmədilər
37
16 İyul 2018 - 9:02

Böyük Britaniya şahzadələri Çarlz və Uilyam kraliça II Yelizavetanın ABŞ prezidenti Donald Trampla görüşündə iştirakdan imtina ediblər.  

“A24.az”ın xəbərinə görə, bu barədə “Times” nəşri mənbələrinə istinadən məlumat yayıb.

“Onlar (şahzadə Çarlz və şahzadə Uilyam) sadəcə iştirakdan imtina etdilər. Kraliçanın orada tək olması çox qəribədir. Adətən onu həmişə kimsə müşayiət edir”, – deyə mənbə bildirib.

Nəşrin məlumatına görə, Tramp-Yelizaveta görüşü zamanı şahzadə Uilyam polo üzrə xeyriyyə yarışında iştirak edib, şahzadə Çarlz isə Qlosterşir qraflığı polis idarəsinin tədbirinə qatılıb.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00