A24 Xeber

Britaniyalı müğənni 3 aydan sonra dəfn edildi

Britaniyalı müğənni 3 aydan sonra dəfn edildi
580
30 Mart 2017 - 8:47

Britaniyalı müğənni Corc Mayklın ailəsi onun çərşənbə günü Londonda dəfn olunması faktını rəsmən təsdiq edib.

“A24.az” xəbər verir ki, bu barədə musiqiçinin qohumları və yaxınlarının çərşənbə günü yaydıqları bəyanatda deyilir.

“Biz bu gün müğənni Corc Mayklın dəfn mərasiminin baş tutduğunu təsdiq edə bilərik. Ailə üzvləri və yaxın dostlar sevimli oğlumuz, qardaşımız və dostumuzla vidalaşmaq üçün bir araya toplaşmışdılar. Corc Mayklın ailəsi onun bütün dünya üzrə pərəstişkarlarına sevgi və dəstək dolu çoxsaylı məktublarına görə minnətdarlıq etmək istərdi”, – deyə bəyanatda bildirilir.

Corc Maykl 25 dekabr 2016-cı il tarixində 53 yaşında ikən vəfat edib. (report.az)

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00