Bu 8 şəhərdə yaşayanlara dövlət pul da verir - FOTOLAR

Bu 8 şəhərdə yaşayanlara dövlət pul da verir – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Dünya üzərində sırf orada yaşamaq üçün sizə pul təklif edilən şəhərlərin olması xəyal kimi görünsə də, əslində gerçəkdir.

A24.Az həmin şəhərləri siyahı halında toplayaraq sizə təqdim edir:
Ponga, Asturias, İspaniya
İspaniyanın şimal şərqində yerləşən bu kənd ölkənin ən qədim insan məskənlərindən biridir. Gənc investorları cəlb etmək üçün hökümət buraya köç edən bütün cütlüklərə 3000 avro pul verir. Həmçinin cütlüklərin orada yaşayarkən dünyaya gətirdikləri uşaqların hərəsinə də eyni məbləğ ödənilir.
Alyaska, ABŞ
Qışı, qar mənzərələrini və sakitliyi sevirsinizsə, Alyaskada yaşamaq sizin üçün əvəzedilməz ola bilər. Hökümət burada demoqrafik səviyyənin az olduğu yerlərdə yaşamaq istəyən insanlar üçün xüsusi fond yaradıb.Bunun üçün ən əsas şərt ən az 1 il Alyaskada yaşamaqdır.
Detroit, Miçiqan, ABŞ
“Qərbin Parisi”, “Amerikanın avtomobil paytaxtı” kimi adlar bu gün demək olar ki, bomboş olan Detroidin XX əsrin ikinci yarısında itirmiş olduğu adlardır. Dövlət bu gün şəhərin keçmişdəki əzəmtini geri qaytarmağa çalışır. Hökümət bunun üçün “Challenge Detroit” adlı proqram başladıb. Bu proqrama görə, müəyyən ixtisaslarda professional olan və şəhərdə yaşayıb işləmək istəyən şəxslərə 250 dollar verilir.
 Saskatchevan, Kanada
Kanadanın bu bölgəsi yeni məzun olan (2010-dan sonra) və karyeralarını hələlik hansı yöndə qurmaq istədiyini bilməyən insanlar üçün xüsusi təklif paketi hazırlayıb. 7 il çalışdıqdan sonra burada yaşayan insanlara 20.000 min dollar pul verilir.
 Niaqara Şəlaləsi, Nyu-York, ABŞ
Düşünün, dünyanın ən gözəl şəlaləsi ilə eyni şəhərdə yaşayırsınız. Hökümət şəlalənin yaxınlığında olan işlərdə çalışan məzunlara 2 il üçün 7000 dollar verir.
Utrecht, Hollandiya
Hollandiya dünya miqyasında sosial elmlərdə olan peşəkarlığı ilə tanınan bir ölkədir. Dövlət şəhərdə yaşayan insanlara il ərzində 1000 dollar pul ödəyir.
 Curtis, Nebraska, ABŞ
Hər kəs həyatında azı bir dəfə də olsa, yerli hökümətin düzgün işləmədindən narazı olduğunu dilinə gətirir. Nebrasanın kiçik Curtis qəsəbəsində buna bir çarə tapılıb. Yerli infrastrukturu və ənənələri inkişaf etdirmək üçün nüfuzlu şəxslərə iddialı bir ideya verərək pulsuz məskunlaşa bilirsiniz.
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Araşdırma, Eksklüziv, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar