A24 Xeber

Bu Avropa ölkəsi sünnəti qadağan edəcək

Bu Avropa ölkəsi sünnəti qadağan edəcək
87
02 Sentyabr 2018 - 11:10

İslandiya və Finlandiyada uşaqların sünnət edilməsini qadağan edən qanun layihəsi gündəmdədir. İsveçdə isə artıq sünnət edilmənin qarşısını almaq üçün etiraz aksiyasına hazırlaşırlar.

“A24.az” xarici mediaya istinadən xəbər verir ki, İslandiyada 18 yaşından kiçik oğlan uşaqlarının sünnət edilməsini qadağan edən qanun layihəsi parlamentdə müzakirəyə çıxarılmaq üzrədir. Finlandiyada isə qız uşaqları və qadınların sünnət edilməsini qadağan edən yeni qanunun çıxarılması üçün toplanan 50 min imza parlamentə verilib.

Xüsusi qanunun çıxarılması üçün təkliflərə dəstək verən Uşaq Ombudsmanı Tuomas Kurttila bir adddım irəli gedərək oğlan uşaqlarının da sünnət edilməsinin qadağan olunmasını istəyir. Həm qız, həm də oğlan uşaqlarına zərər verən şəriət adətlərinə qarşı çıxmağı deyən Kurttila tibbi ehtiyac hallardan başqa sünnətin tamamilə qadağan edilməsini istəyib.

Qeyd edək ki, 2005-ci ildə İslandiyada qadın və gənc qızların sünnət edilməsi qadağan olunub.

Bundan başqa qanun tibbi ehtiyaclar xaricində yaşı 18-dən aşağı olan oğlan uşaqlarını sünnət etdirənləri 6 ilə qədər həbs cəzası gözləyir.

Xatırladaq ki, İslandiyada 800 müsəlman və 100 yəhudi yaşayır. Statistikaya görə, 2006-2016-cı illər arasında cəmi 14 oğlan uşağı  dövlətə məxsus tibb ocaqlarında sünnət edilib. Əgər qanun layihəsi qəbul edilərsə, İslandiya oğlan uşaqlarının sünnət edilməsini qadağan edən ilk Avropa ölkəsi olacaq.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00