A24 Xeber

Bu avtomobil tarixə adını qızıl hərflərlə yazdıracaq – FOTOLAR

Bu avtomobil tarixə adını qızıl hərflərlə yazdıracaq – FOTOLAR
550
11 Mart 2017 - 17:56

“Aston Matin”in Formula 1 avtomobillərindən ilhamlanaraq istehsal edəcəyi modeli satışa çıxarılmadan artıq tükənib.

A24.Az xəbər verir ki, məşhur markanın yeni modeli “Valkyrie” adlanıb. Bu avtomobilə sahib ola biləcək insanların sayı isə çox az olacaq. “Aston Matin” bu modeldən sadəcə 150 ədəd istehsal edəcək ki, onların da hamısı artıq satılıb.

Modellərdən biri hazırda Cenevrədə təşkil olunan avtomobil sərgisində nümayiş edilir. 1000 at gücündə və 1000 kq ağırlığında olan maşının özünəməxsus dizaynı var. Avtomobilin yüksək sürətinə görə idarə etmək çox təhlükəlidir.

Buna görə də, şirkət avtomobili alan şəxslərə F1 kurslarına oxşar dərslər keçəcək.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00