Bu avtomobil yollarında sürüşmə aktivləşib - SİYAHI 

Bu avtomobil yollarında sürüşmə aktivləşib – SİYAHI
Want create site? Find Free WordPress Themes and plugins.

Bu il mart ayı ərzində Azərbaycanın bəzi ərazilərində lokal sürüşmə sahələri yaranıb, bəzi avtomobil yollarında uçqun-töküntü, axma tipli sürüşmə hadisəsi qeydə alınıb.

A24.Az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.

Onun sözlərinə görə, Teleqüllə sürüşmə sahəsi – ərazidən 200-250 metr cənub-şərqdə ötən ay ərzində sürüşmə prosesinin dinamikasında aktivlik müşahidə edilməyib.

Ə.Qaralov qeyd edib ki, Binəqədi rayonunun Binəqədi qəsəbəsinin Məlik Aslanov küçəsi, ətraf ərazilərdə, Binəqədi 1-ci mədən yaşayış sahəsində subasma prosesinin dinamikasında təbii amillərin (atmosfer yağıntıları) aktivləşmə olub. Zığ-1 sürüşmə sahəsində təbii və texnogen amillərin təsirindən sürüşmə prosesi nisbi aktivləşib.

Ə.Qaralov əlavə edib ki, mart ayı ərzində Muğanlı-İsmayılllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu kilometrliyində atmosfer yağıntılarınını təsirindən sürüşmə sahəsinin dinamikasında nisbi aktivlik qeydə alınıb. Yolboyu bir neçə yerdə lokal sürüşmə sahələri müşahidə olunub. İsmayılllı rayonunun Diyallı sürüşmə sahəsində nisbi aktivlik olub. Zərnəvar sürüşmə sahəsində aktivləşmə müşahidə edilib, mövcud çatların parametrləri artıb və sürüşmə sahəsinin sərhədləri genişlənib. Xankəndi sürüşmə sahəsində aktivləşmə müşahidə olunub, İstisu sürüşmə sahəsinin parametrləri artıb.

Siyəzən rayonu Sədan sürüşmə sahəsi-eyniadlı kənd ərazisində aparılan müşahidələr zamanı nisbi aktivləşmə qeydə alınıb. Şabran rayonu Bakı-Samur avtomobil yolunun 120-ci kilometrliyində – sahədə səthi yuyulma prosesinin təzahürləri müşahidə edilib. Şabran rayonunun Qazbabalı sürüşmə sahəsində aktivlik davam edir, sürüşmə sahəsinin parametrlərində artım qeydə alınıb.

Ə.Qaralov deyib ki, Quba rayonunun Quba-Xınalıq avtomobil yolunun 37-46-cı kilometrliyində sürüşmə sahəsində aktivlik qeydə alınıb.

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar