A24 Xeber

Bu aydan 15 dövlətin vətəndaşına Azərbaycan hava limanlarında “ASAN viza” veriləcək

Bu aydan 15 dövlətin vətəndaşına Azərbaycan hava limanlarında “ASAN viza” veriləcək
30
03 May 2018 - 9:38

“Bu günə qədər 420 minə yaxın əcnəbiyə “ASAN Viza” sistemi vasitəsilə elektron viza verilib”.

A24.Az xəbər verir ki, bunu APA-ya müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) sədri Ülvi Mehdiyev deyib.

“ASAN xidmət”in sədri bildirib ki, may ayının 15-dən başlayaraq 15 dövlətin – Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, İndoneziya, İran, Çin, Cənubi Koreya, Malayziya, Sinqapur, Türkiyə, İsrail və Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşlarına Azərbaycanın hava limanlarında “ASAN Viza”lar veriləcək.

A24.Az 

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00