Bu bank haqqında çıxan xəbərlərlə gündəm oldu - ANALİZ

Bu bank haqqında çıxan xəbərlərlə gündəm oldu – ANALİZ
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2018-ci ilin mart ayı üzrə analiz işini yekunlaşdırıb.

“A24.az” Media Təqib Mərkəzinə istinadən banklarla bağlı mart ayı üzrə məlumatları təqdim edir:

2018-ci ilin mart ayında elektron mətbuatda, yəni sayt və portallarda banklarla əlaqəli 5934 xəbər yerləşdirilib. Bunlardan 45 xəbər mənfi, 48 xəbər müsbət, 5841 xəbər isə neytraldır.

Mənfi xəbərlər arasında liderlər: Azərbaycan Beynəlxalq Bankı (10 xəbər – Bank çirkli pulların yuyulmasında ittiham olunur – Filiallar bağlanır), AtaBank (8 xəbər – “Ata bank” 2-ci qrup əlili get-gələ salaraq incidir: – Rəyasət heyəti 2 ildir toplanmır), TuranBank (7 xəbər – “TuranBank” 3 ildir ki, ziyandan çıxa bilmir – Bankın taleyi necə olacaq?).

Müsbət xəbərlər isə Paşa Bank, Bank Respublika, Unibank, Naxçıvanbank – (48 xəbər – 5 nominasiya üzrə I yerə layiq görüldülər) məxsusdur.

Xəbər sayına görə sıralama:

1 Azərbaycan Beynəlxalq Bankı 983 xəbər

2 Kapital Bank 485 xəbər

3 Bank Standard 298 xəbər

4 Unibank Kommersiya Bankı 271 xəbər

5 Bank of Azerbaijan 245 xəbər

6 Bank Respublika 233 xəbər

7 Bank of Baku 224 xəbər

8 AtaBank 220 xəbər

9 Access Bank 191 xəbər

10 Zaminbank 183 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 432 xəbər dərc edilib. Bu xəbərlərdən 8-i müsbət, 424-i isə neytral xəbərlərdir.

Müsbət xəbərlər Paşa Bank, Bank Respublika, Unibank, Naxçıvanbanka – (8 xəbər – 5 nominasiya üzrə I yerə layiq görüldülər) məxsusdur. Mart ayında bu sektorla bağlı yazılı mətbuatda mənfi xəbər dərc olunmayıb.

Xəbər sayına görə sıralama:

1 Azərbaycan Beynəlxalq Bankı 156 xəbər

2 Kapital Bank 123 xəbər

3 Bank Standard 23 xəbər

4 Xalq Bank 21 xəbər

5 Azər-Türk Bank 17 xəbər

6 AtaBank 15 xəbər

7 Atrabank 11 xəbər

8 Azərbaycan Sənaye Bankı 10 xəbər

9 DəmirBank 8 xəbər

10 PAŞA Bank 6 xəbər

Mart ayında televiziya kanallarında banklar haqqında 45 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

1 Azər-Türk Bank 11 xəbər

2 Azərbaycan Beynəlxalq Bankı 11 xəbər

3 Kapital Bank 10 xəbər

4 Bank of Baku 3 xəbər

5 Unibank Kommersiya Bankı 3 xəbər

6 PAŞA Bank 2 xəbər

7 Expressbank 2 xəbər

8 Access Bank 1 xəbər

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Əlaqə:

+994 12 409 90 09

+994 51 408 08 88

+994 12 408 08 88

[email protected]

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, İqtisadiyyat, Media
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar