Bu da Astan Şahverdiyevin dünyasını dəyişən "ana"sının səs yazısı - AUDİOFAKT

Bu da Astan Şahverdiyevin dünyasını dəyişən “ana”sının səs yazısı – AUDİOFAKT
Want create site? Find Free WordPress Themes and plugins.

Millət Vəkili Astan Şahverdiyevin Azərbaycandan köçməsi barədə məlumat vermişdik. 

Açıqlama ilə  bağlı zəng vurduğumuz və şəxsən Astan Şahverdiyevə məxsus olan nömrəyə orta yaşlı bir qadın cavab verdi. Bildirdi ki, Astan Şahverdiyevin anasıdır və deputat burada yaşamır.

Bir müddət sonra Astan Şahverdiyev saytlardan birinə açıqlamasında anasının çoxdan vəfat etdiyini və özünün 71 yaşı olduğunu bildirdi. Yəni bu məntiqlə anasının sağ olması mümkün deyilmiş. Əslində telefona cavab verən şəxsin səsindən millət vəkilinin anası olmadığını başa düşsək də, jurnalisti axmaq yerinə qoymağa və bizimlə “gizlənpaç” oynamağa çalışan millətin vəkilini sonuna qədər qovmağa qərar verdik.

Və nəticə olaraq Astan Şahverdiyevin “anası”nın səs yazısını sizə təqdim etməyi özümüzə borc bilirik.

A24.Az 

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar