A24 Xeber

Bu da oldu: Robot işə götürüldü

Bu da oldu: Robot işə götürüldü
30
04 Sentyabr 2018 - 2:35

Böyük turoperator şirkətinin İsveç bölməsi robotu işə götürüb.

A24.Az “rambler.ru” saytına istinadla xəbər verir ki, yeni əməkdaş olan “Pepper” adlı robot ətraf mühiti tanıyır və insanların emosiyasına reaksiya verir. Robot ayaq əvəzinə, kiçikölçülü təkərlərdən ibarət sistemə malikdir. Sinəsinə informasiyanın göstərilməsi və insanlarla əlaqə yaradılması üçün 10 düymlük planşet quraşdırılıb.

Robot danışığı başa düşür: yaddaşı təxminən 4500 sözdən ibarətdir. O, danışa, rəqs edə, söhbəti dəstəkləyə və sadə tapşırıqları yerinə yetirə bilər.

Kruiz və otel biznesində robotlardan istifadə təcrübəsi artıq olub, lakin turoperatorun ofisində belə texnikadan ilk dəfə istifadə ediləcək.

Şirkətin heyət üzrə direktoru Elke Ellerin sözlərinə görə, hər bir əməkdaş kimi robotun da şəxsi hesabı və gündəlik vəzifələri olacaq.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00