A24 Xeber

Bu film erotik səhnələrinə görə qadağan oldu! – FOTOLAR

Bu film erotik səhnələrinə görə qadağan oldu! – FOTOLAR
768
13 Mart 2017 - 16:59

Baş rollarda Dakota Cohnson və Camie Dornanın oynadığı “Qaranlığın 50 çaları” filminin yayımı qadağan olunub.

A24.Az xəbər verir ki, “Fifty Shades of Darker” filminin Hindistanda yayımlanması erotik səhnələrə görə, mümkün deyil. Film Sertifikatlaşdırılma Mərkəzində (CBFC)  çalışan məsul şəxs filmin qadağan olunma səbəbləri haqqında bunları deyib: “ABŞ-da “R” reytinqi, yəni 17 yaşdan aşağı uşaqların həmin filmi valideynlər və ya yetişkin birinin yanında izlənməsi lazımdır” qeydi verilən filmə İngiltərədə 18 yaşdan aşağı şəxslərin baxmağı qadağan olunsa da, Hindistan “biz bunların heç birini dəstəkləmirik” cavabını verib.

Filmi yayımlayan “Universal” şirkəti bildirib ki, erotik səhnələr çıxarılsa, filmin bütün məzmunu dəyişilmiş olacaq. Buna görə də bu səhnələr çıxarılmayacaq.

Hindli məsul şəxslər isə bunları açıqlayıb: “”Universal” Vyetnamda cinsi əlaqə ilə bağlı olan səhnələri yayım üçün çıxartmağa razılaşıb, Hindistan üçün isə yox”.

Qeyd edək ki, 10 fevral tarixində vizyona girən film dünyada ən çox izlənilənlərdəndir. Aktrisa Dakota Johnson valideynlərinə filmi izləməyi qadağan edib.

 

 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00