Bu gün Almaniya və Braziliya yığmaları qarşılaşır

Bu gün Almaniya və Braziliya yığmaları qarşılaşır
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiyadakı futbol üzrə 2018-ci il dünya çempionatında bu gün daha 3 oyun keçiriləcək.

“A24.az”ın “Report”a istinadən verdiyi məlumata görə, qarşılaşmalar E və F qruplarında ilk tura təsadüf edəcək.

Əvvəlcə Kosta-Rika ilə Serbiya kollektivləri üz-üzə gələcəklər. Günün ikinci matçı dünya çempionu Almaniya ilə Meksika komandaları arasında olacaq. Son qarşılaşmada isə 5 qat dünya çempionu Braziliya İsveçrəni sınağa çəkəcək.

DÇ-2018

17 iyun

E qrupu

16:00. Kosta-Rika – Serbiya

Hakimlər: Malanq Didyu, Cibril Kamara, Əl-Hacı Samba (hamısı Seneqal), Bamlak Tessema Veyesa (Efiopiya), Tixon Kalugin (Rusiya)

Samara. “Samara Arena”

22:00. Braziliya – İsveçrə

Hakimlər: Sezar Ramos, Marvin Torrentera, Migel Ernandes (hamısı Meksika), Con Pitti, Qabriel Viktoriya (hər ikisi Panama)

Rostov-Don. “Rostov Arena”

F qrupu

19:00. Almaniya – Meksika

Hakimlər: Alireza Fağani, Reza Soxandan, Mohammadreza Mansuri (hamısı İran), Mohammed Abdulla Mohammed, Mohamed əl-Hammadi (hər ikisi BƏƏ)

Moskva, “Lujniki”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar