A24 Xeber

Bu gün Anar Məmmədxanovun doğum günüdür

Bu gün Anar Məmmədxanovun doğum günüdür
40
20 İyul 2018 - 9:48

Bu gün ictimai xadim, Azərbaycan Respublikası I, II və III çağırış Milli Məclisin deputatı olmuş Anar Məmmədxanovun doğum günüdür.

“A24.az” xəbər verir ki, o, 1970-ci ildə Bakı şəhərində anadan olub.

1987-ci ildə Bakı şəhəri 160 saylı məktəbi bitirib. Həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsinə daxil olub və 1992-ci ildə ali məktəbi bitirib.

1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olub.

Anar Məmmədxanov Avrasiya Radio və Televiziya Akademiyasının üzvü idi.

1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, “Bakılı oğlanlar” komandasının kapitanı olub.

O, 2011-ci il aprelin 23-də qəfil ürək tutması nəticəsində vəfat edib.

Evli idi, üç övladı yadigar qalıb.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00