Bu gün AŞPA-nın yaz sessiyası başlayır

Bu gün AŞPA-nın yaz sessiyası başlayır
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiya başlayır.

“A24.az” bildirir ki, sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də iştirak edir.

Nümayəndə heyətinə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sevinc Fətəliyeva, Sahibə Qafarova, Ülviyyə Ağayeva, Asim Mollazadə, Elşad Həsənov, Vüsal Hüseynov və Sabir Hacıyev daxildirlər.

Sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, İqlim dəyişiklikləri üzrə Paris Sazişi, Avropadakı jurnalistlərin statusu, Liviyada hazırkı vəziyyət və Avropa Şurasının rolu, Hibrid müharibə və insan hüquqları üzrə öhdəliklər, Avropada dərmana qarşı davamlı olan vərəm xəstəliyi, Miqrant uşaqların inteqrasiyası və məcburi təhsili barədə fikir mübadiləsi aparılacaq.

Sessiya çərçivəsində Avropada məcburi köçkünlərin hüquqları və humanitar ehtiyacları mövzusunda məruzə dinləniləcək, Azərbaycandakı məcburi köçkünlərin vəziyyəti müzakirə ediləcək.

Bundan başqa, toplantıda Makedoniyanın xarici işlər naziri Nirolya Dimitrov və Lüksenburqun Avropa İttifaqı işləri üzrə və xarici işlər naziri Jan Asselborn çıxışları gözlənilir.

Sessiya aprelin 27-də başa çatacaq.

Qeyd edək ki, aprein 23-də Strasburqda keçiriləcək  Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Büro  iclasında aprelin 11-də Azərbaycanda, aprelin 15-də isə Çernoqoriyada keçirilən prezident seçkiləri üzrə müşahidələrin nəticələri müzakirə ediləcək.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar