Bu gün Azərbaycan əsgərinin Türkiyə əsgəri ilə əməliyyatda iştirakı lazım deyil! - EKSPERT RƏYİ

Bu gün Azərbaycan əsgərinin Türkiyə əsgəri ilə əməliyyatda iştirakı lazım deyil! – EKSPERT RƏYİ
Want create site? Find Free WordPress Themes and plugins.

Yanvarın 20-dən Türkiyənin Afrində başlatdığı “Zeytun budağı” əməliyyatında terrorçulara məxsus olan tunellərin dağıdılması, Türk Ordusunun dağlıq relyefə məxsus ərazidə mərkəzə doğru irəliləməsi böyük qələbədir. Zəfərini itkisiz qazanmayan Türkiyənin başlatdığı əməliyyatda Azərbaycan əsgərinin iştirakı və təcrübə toplaması nə dərəcədə realdır? Eyni coğrafi mühitə sahib olan Afrində Azərbaycan silahlılarının Türk Ordusu ilə birlikdə iştirak edib topladığı hərbi təcrübəni Qarabağda tətbiq etməsi mümkündürmü? 

Sualla bağlı müraciət etdiyimiz hərbi-ekspert Şair Ramaldanov bunu “A24.az”a açıqlayarkən bildirdi ki, ərazi baxımından Türkiyənin əməliyyata başladığı ərazi ilə Qarabağda olan mövcud ərazi bir-birinə çox uyğundur:

Əlbəttə, Türkiyənin həyata keçirdiyi əməliyyatla bağlı Azərbaycan Silahlı Qüvvələri özünə lazım olan məlumat və qeydləri edir, döyüş hazırlığında ola biləcək təcrübəni götürürük.

Bu gün Azərbaycan əsgərinin Türkiyə əsgəri ilə əməliyyatda konkret iştirakı lazım deyil. Birincisi, nəzərdə tutulmayıb, ikincisi də Türkiyənin buna ehtiyacı yoxdur, həmçinin Azərbaycanın da… Türkiyənin bu gün orda olan təcrübəsinə gələndə, sizə tam əminliklə deyə bilərəm ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində kifayət qədər məlumat var və bu məlumat əsasında Azərbaycan SQ lazımlı tədbirlər görür. Prinsip cəhətdən götürsək, yəni dağlıq ərazidə, tunellər müharibəsində və ya neft ölkəsinin olduğu şəraitdə Türkiyədə hələ ki, hərbi elmə aid olmayan vəziyyət yaranmayıb. Bizim də həmin ərazidə təlimlər keçən  bölmələr olub, çətin relyef şəraitində  ola biləcək vəziyyəti nəzərə alaraq döyüş hazırlığı və təlimlər də keçirlər. Hesab edirəm ki, dağlıq ərazidə hansısa fəaliyyətin göstərilməsi üçün ASQ təcrübəsiz deyillər. Çünki bildiyimiz kimi, bizim təmas xəttimiz kəskin relyefli dağlıq və meşəlik ərazidən keçir. Dərslərdə və atışlarda həmin o ərazinin atışa, təlimlərə və əsgərin hərəkətinə ola biləcək təsirləri nəzərə alaraq keçirilir. Dağlıq və meşəlik ərazi hərbinin bütün sahələrinə istər motoatacı, istər piyada hərəkətlərinə, digər hərbi dəstəkli qurğulara təsir göstərir”.

Polkovnik açıqlamasında Türkiyənin Azərbaycan Silahlı Qüvvələrinin iştirakın ehtiyac duymadığını bu şəkildə izah edib:

“Lakin son zamanlar belə bir kəskin ərazidə qoşunla Türkiyənin başlatdığı əməliyyat kimi hərbi hərəkat keçirilməyib. Əlbəttə, Azərbaycan tədrisində, Azərbaycanın döyüş hazırlığında, akademiyasında bütün baş verənlər izlənilir və faydalılar götürülür. Bu faydaların nəticəsində həmin təcrübəni biz öz döyüş hazırlığımızda nəzərdən keçiririk. Faydalana biləcək məlumatı mütləq  nəzərə alırıq.

Azərbaycanın orda iştirakı, ümumiyyətlə hansısa dövlətin digərinin əməliyyatında iştirakı o dövlətin ehtiyacından irəli gəlir. Türkiyə üçün o, balaca bir bölgədir. Türkiyə bundan başqa antiterror koalisiyasının üzvüdür. Orda aparılan əməliyyat terrorçulara qarşı keçirilən terror əməliyyatıdır. TSQ qarşıya qoyulan tapşırıqları tam şəkildə yerinə yetirməyə qadırdır, buna imkanı var və yerinə yetirir. Siz bilirsiniz ki, Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri sülhməramlı əməliyyatlarda Türkiyə ilə birgə Əfqanıstan və digər dövlətlərdə üzərinə düşən tapşırığı layiqincə yerinə yetirirlər. Ona görə də Azərbaycan Silahlı Qüvvələrinin orda iştirakına və hansısa yardımına ehtiyac yoxdur. Əgər ehtiyac olsa, o zaman dövlətlər arasında müəyyən bir razılıq ola bilər və bundan da irəli gələrək silahlı qüvvələr lazımi tapşırığı alaraq yerinə yetirəcəklər”.

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar